"Effekti olmayan, bahalı dərmanları millətə tətbiq etməkdə məqsədiniz nədir?"– Professor


4 aydır İspaniyada məlum səbəblərdən qalan və nəhayət ki, Bakıya qayıdıb, ağciyər pnevmoniyaları və koronavirus xəstələrinin müalicəsinə və həkimlərə dəstəyə başlayan professor, tanınmış pulmonoloq Əlizamin Sadiqov maraqlı açıqlamalar edib.

O, Azərbaycanda koronavirusla bağlı yanlış bilinən həqiqətləri açıqlayıb.

Həkimin “Sadə həqiqətlər” verilişində bir çox məqamlara aydınlıq gətirəcək açıqlamaları:

“Bu gün apteklərdə, qara bazarda, əldən-ələ baha qiymətə satılan bəzi məşhur və ya qeyri məşhur dərmanların COVİD-19 xəstəliyinin müalicəsinə heç bir aiddiyyatı yoxdur. Heç bir klinik təcrübə yoxdur ki, bu dərmanların effektivliyi sübut olunsun. Nə Amerikada, nə Avropada burdakı o dərmanlar istifadə olunmur.
Effekti olmayan dərmanların mənim millətimə təyini və zorla qəbulu nə qədər doğrudur? Bununla ancaq bir qrup dərman biznesmenlərinin xeyrinə işləyirsiz. Bu dərmanları qəbul etsəniz də eyni sağalacaqsız və ya ağırlaşacaqsız, qəbul etməsəniz də eyni adamsız.
Xəstəxanalarda lazımlı–lazımsız dərmanlarla xəstələri yükləyirlər. Çox boşluqlar var. Antibiotiklər bəlalı yerimizdir. Xəsttə xəstəxanaya daxil olan kimi də ən azı 2-3 antibiotikə məruz qalır. Heç birinin də effekti yoxdur.
Bakterial infeksiya belə koronaviruslu xəstələrin 5-7%-də sübut olunur. Stasionara yerləşdirilmiş xəstələrin 90%-də bakterial infeksiya olmur, olsa da çox az olur. Amma xəstəyə bahalı, mənasız, çox sayda antibiotiklər vurulur. Xəstələr apteklərdə dərman qoymayıb. Ölkədə dərman qıtlığı var. Nədir bu dərman ajiotajı.

Səbəb nədir?
İnsanların beyninə sanki yeridiblər ki, çox dərman atsan, antibiotik vursan, bu xəstəliyi həll etmiş olacaqsan. 100 il də keçsə etməyəcəksən! Bir xəstəyə 15-18 adda dərman yazırlar. Bizim həkimlər çox sui istifadə etdilər bu məsələdə. Xəstə nə qədər dərman qəbul etməlidir? Aptek şəbəkələrinə bu hücumun nə anlamı var? Etməyin belə".

//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top