Bakıda “Renault” motosikletlə toqquşdu, ölən var


Yasamal rayonu Kənar dairəvi yolda qəza hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, iyulun 21-də saat 5 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Tərtər rayon sakini N.Haqverdiyevin idarə etdiyi “Renault” markalı avtomobil və Bakı şəhər sakini Emil Kərimovun idarə etdiyi “Kawasaki” markalı motosiklet toqquşub.
Nəticədə E.Kərimov hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top