
Müsavat Partiyasının Məclis üzvü Yaşar Türkazər vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı özünün feysbuk profilində yazıb: "Müsavat Partiyasına ağır itki üz verib. Azərbaycan Xalq Hərəkatı və Müsavat Partiyasının əfsanəvi simalarından biri, hələ 80-ci illərin sonlarında, üçrəngli milli bayrağımızı ilk olaraq Azadlıq Meydanında qaldırdığı üçün şərəfli Bayraqdar adını qazanmış, həyatı böyu Azərbaycanın azadlığı, bütövlüyü uğrunda mübarizə aparmış silahdaşımız Yaşar Türkazər vəfat edib. Allah rəhmət eləsin!".
Tətbiqimizi yükləyə bilərsiniz