Azərbaycanda restoranda vəhşi heyvanlar saxlayan sahibkardan AÇIQLAMA - VİDEO


Ağstafa rayonunda, “Yaşıl Göl” restoranında qəfəsdə saxlanılan vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında restoranın sahibi Söhrab Rəsulov bildirib.
Onun sözlərinə görə, heyvanlar ovçular tərəfindən onlara verilib: “Məcburi gətirməmişik. Bizə ovçular gətirən zaman yetim olublar. Böyütmüşük. İndi isə təhvil verilib”.
O qeyd edib ki, meymunlar restoranda saxlanılıb.
Qeyd edək ki, sosial şəbəkədə “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı məlumat yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Restoranda iki ayı, iki canavar və iki meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub.

DİGƏR XƏBƏRLƏR

Top