Azərbaycan ordusunda könüllü xidmət etmək istəyənlərin sayı AÇIQLANDI


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.

Bu barədə Yeniavaz.com-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 55130-dan çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

DİGƏR XƏBƏRLƏR

Top