​Azərbacanda cərimələnən məşhur kloun: "İstədim 5-10 manat qazanım, o da..." – VİDEO


“Aquşa” kimi məşhurlaşan animator Ağa Piriyev sosial şəbəkələrdə videomüraciət edərək cərimələnməsindən şikayətlənib.  
Yeniavaz.com
-un məlumatına görə, Ağa Priyev bildirib ki, 200 manatla bir ay dolanmaq olar:
"Mən animatoram və kloun kimi fəaliyyət göstərirəm. Bu işdən asılıyam, başqa gəlir mənbəyim yoxdur. Karantin günlərində dostlarımdan  bir sifariş aldım, Bakı kəndlərindən birində kiçik bir məclis idi, ora getmək istəyəndə yol polisi məni saxladı. Bildirdim ki, mənim SMS icazə vaxtım bitib, ruzi dalınca gedirəm, iş-güc yoxdur, pandemiya vaxtı heç bir yerdən köməklik gəlmir. O da məni 200 manat cərimələdi. Üzümü tuturam adiyyatı qurumlara və cənab Prezident İlham Əliyevə. Mənim heç yerdən gəlir yerim yoxdur, mən də yaşamalıyam axı. İsdədim bir iş götürüm, 5-10 manat qazanım, o da belə oldu... Bu çətin günlərdə insanları cərimələmək nə dərəcədə düzgündür, bunu aydınlaşdıraq. Həm də 200 manat , 200 manata bir ay dolanmaq mümkündür".

DİGƏR XƏBƏRLƏR

Top