İranda138 tibb işçisi COVID-19-dan dünyasını dəyişib


İranda yeni bir növ koronavirus aşkarlanandan indiyə kimi bu səbəbdən 138 səhiyyə işçisi dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı İran Sağlamlıq Şurasının İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Hüseyn Kirmanpur verib. Videokonfrans üsulu ilə keçirilən mətbuat konfransda Hüseyn Kirmanpur dünyasını dəyişən tibb işçilərindən 60 faizinin həkim, 21 faizinin tibb bacısı, geri qalan 19 faizinin isə xidmət və laboratoriya işçiləri olduğunu deyib.
İran lideri Ayətullah Əli Xomeyninin razılığı ilə dünyasını dəyişən səhiyyə işçilərinin "vəzifə şəhidləri" sayılacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top