Azərbaycana 15 kq-a yaxın narkotik gətirən şəxslər tutuldu - VİDEO


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib. 

Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kq 60 qram heroin və 3 kq 260 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Baş İdarə əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə paytaxt sakini Emil Cəlilov saxlanılıb. Onun üzərindən 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top