"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir"


"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir".

Yeniavaz.com xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud troxeostamik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru qapalı saxlanılıb, xəstənin tənəffüsü fizioloji yolla, yəni burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur. Bununla belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

DİGƏR XƏBƏRLƏR

Top