Tramp COVID-19-la bağlı mətbuat konfransında çıxış edib


ABŞ Prezidenti Tramp Ağ Evdə COVID-19-la bağlı mətbuat konfransında çıxış edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 3 aydan sonra təşkil olunmuş mətbuat konfransında Tramp, COVID-19-la bağlı vəziyyətin düzəlmədən əvvəl hər şeyin daha da mənfiyə doğru gedəcəyini vurğulayıb. Prezident hazırda ölkənin cənub bölgəsində artmaqda olan yoluxma hallarının qarşısını almaq üçün əllərindən gələni etdiklərini deyib.
Mətbuat konfransında prezidentin COVID-19-u “Çin virusu” adlandırması da diqqət çəkib. Bundan başqa o, peyvəndlə bağlı işlərin davam etdirildiyini, müalicələrin effektiv olduğunu vurğulayıb.
Bundan əvvəl maska taxmaqla bağlı mübahisəli fikirlər səsləndirsə də bu dəfə Tramp, sosial məsafəyə diqqət etməyənlərə maskanı sevib-sevməmələrindən asılı olmayaraq taxmalarını tövsiyə edib. Ölkə başçısı konfransda özünün də artıq maska taxmağa alışdığını dilə gətirib.

DİGƏR XƏBƏRLƏR

Top