Ukraynada sərnişinlə dolu avtobusu girov götürən şəxs saxlanılıb


Ukraynanın Lutsk şəhərində silahlı şəxs 20-dək sərnişinin olduğu avtobusu girov götürüb, sonradan girovlar xilas olunub.
Bu məqsədlə polis və xüsusi təyinatlılar əməliyyat keçirib. Terrorçuda silah və partlayıcının olduğu bildirilir.
Əvvəlcə əməliyyatçılar partlayış hücum əməliyyatı keçirərək avtobusa soxulublar və avtobusdakı sərnişinlər azad edilib. Bundan sonra terrorçu saxlanılıb.
Ukrayna DİN-dən verilən məlumata görə, bütün girovlar sağdır və onların səhhəti üçün heç bir təhlükə yoxdur.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top