Azərbaycanda koronavirusdan bir gündə bugünkü qədər ölən olmamışdı - SON RƏQƏMLƏR


Bu gün Azərbaycanda daha 449 nəfər koronavirusdan sağalıb, 13 nəfər isə vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib. 

Son sutka ərzində ölkədə daha 352 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.

Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür. 

DİGƏR XƏBƏRLƏR

Top