Səudiyyə Kralı Salman koronavirusa yoluxub?


Artıq xəbər verdiyimiz kimi 84 yaşlı Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisəndən sonra onun koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilməsilə bağlı iddialar səsləndirilib.
Xatırladaq ki, keçən həftə xəstəxanaya yerləşdirilən və əməliyyat olduğu deyilən Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın səhhəti ilə bağlı məlumat verilmir. Hətta xəbər qaynaqları 91 yaşlı Əmirin öldüyü ilə bağlı iddialar da irəli sürürlər. Bəzi xəbərlərdə isə Küveyt Əmirinin ölümü ilə bağlı Şeyx Məhəmməd bin Rəşid əl-Məktum və Şeyx Məhəmməd bin Zayəd ən-Nahyanın baş sağlığı verdikləri bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top