Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top