Dominikan Respublikasında COVID-19 səbəbindən fövqəladə vəziyyət elan olunub


Dominikan Respublikasında COVID-19-a yoluxma hallarında artım müşahidə edildiyi üçün 45 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com Dominikan Respublikasının Prezidenti Danilo Medinanın bu qərarı, “Twitter”da İctimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru Roberto Rodriqes Marçena tərəfindən paylaşılıb.
Rodriqes, Konqresin də təsdiqlədiyi qərarnamənin növbəti gündən etibarən 20 gün müddətində qüvvəyə minəcəyini və COVID-19-un gedişatı nəzərə alınaraq yenidən karantin rejiminin artırılıb-artırılmayacağına baxılacağı bildirib.
Fövqəladə vəziyyətə uyğun olaraq, axşam saatlarında fərqli vaxt aralıqlarında küçəyə çıxma qadağaları tətbiq ediləcək.
Rodriqes ictimai yerlərdə maska ​​taxmayanların cəzalanacağını deyib.
Qeyd edək ki, hazırda Dominikan Respublikasında ümumi yoluxma sayı 53 min 956 nəfər olub, 12 nəfər həyatını itirib. Son 24 saatda yeni yoluxma halı 1101 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top