ABŞ rəhbərliyi Əsəd rejiminin parlament seçkilərinə münasibət bildirib

 
"Əsədin Baas Partiyası hakimiyyətə gələndən bu yana Suriyada azad və ədalətli seçkilər keçirilməyib, bu il də istisna deyil".
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortaqus Suriyada keçiriləcək seçkilərə münasibət bildirərkən deyib. O, Suriyada daxili müharibənin davam etdiyi müddətdə 3-cü dəfə keçiriləcək parlament seçkilərini dırnaqarası seçkilər adlandırıb. Onun sözlərinə görə, Əsəd bu şübhəli seçkiləri guya qərbin oyununa qarşı bir uğur kimi təqdim etməyə çalışır.
Ortaqus, Suriyadakı “seçki”lərin xalqın müstəqil seçimi olmadığını, onların seçkilərə məcbur getdiyini və seçici məhrəmiyyətinin gözlənilmədyini vurğulayıb. Sözçü ona da işarət edib ki, hazırda ölkədən kənarda yaşayan suriyalılara seçkilərdə iştirak etmək haqqı verilməyib.
Ortaqus BMT-nin Təlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən Suriyadakı seçkilərin azad və ədalətli keçirilməsini tələb edib. Bundan başqa o, BMT-nin nəzarəti altında diasporadakıların da iştirakı ilə bütün suriyalıların seçkilərdə qatılmasının təmin olunmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top