ABŞ Kadirov və ailəsinə sanksiya tətbiq edib


ABŞ rəhbərliyi Çeçenistan Prezidenti Ramazan Kadırova sanksiya tətbiq edildiyini bildirib.

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Xarici işlər naziri Mayk Pompeo verib. Nazirin sözlərinə görə, Kadırova insan hüquqlarının pozulmasında iştirak etdiyi üçün sanksiya qoyulub. Pompeo, bununla bağlı əllərində etibarlı mənbə olduğunu bildirib.
Nazir həmçinin bildirib ki, həmin qərar Kadırovun həyat yoldaşı Medni Kadırova, qızları Ayşad və Qərinə Kadırovalar üçün də keçərlidir.

DİGƏR XƏBƏRLƏR

Top