Azərbaycanlılar ABŞ-da Konqresin qarşısında etiraz aksiyası keçirib


Xəbər verdiyimiz kimi, bir neçə gündür azərbaycanlıların Amerikada təşkil etdiyi etiraz aksiyalarından növbətisi ABŞ-ın Konqres binası önündə keçirilib.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzkarlığına və sərhəd xəttində baş verənlərə qarşı etirazlarını bu formada bildirirlər.
Etirazçıların əllərində "Qarabağ Azərbaycana aiddir!", "Təcavüzkar Ermənistan!", "Mülki insanları öldürməyi dayandırın!" yazılmış plakatlar olub.
Nümayişçilər həmçinin ermənilərin Qarabağ üçün ABŞ-dan 25 milyon dollar tələb etməsinə öz etirazlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top