Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir - AÇIQLAMA


Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır. 
O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:
“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”. 

DİGƏR XƏBƏRLƏR

Top