Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirib


“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.
O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.
“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top