
“Bəzi KİV yaralılarımıza baş çəkmək istəyir. Ancaq indiki vaxtda pandemiya səbəbindən bu, düzgün deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub: “KİV-in bunu nəzərə almasını xahiş edirəm”.