
Bakı-Qazax yolunda TIR yanıb.
Yeniavaz.com xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonun Goran qəsəbəsinin ərazisindən keçən hissəsində baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb, avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Esmira Hidayətova, Goranboy
Tətbiqimizi yükləyə bilərsiniz