
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib: "6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".

Tətbiqimizi yükləyə bilərsiniz