Azərbaycan və Türkiyə vətəndaşları Münhendə Ermənistan təxribatı əleyhinə aksiya keçiriblər - FOTOLAR + VİDEO


Almaniyanın Münhen şəhərində azərbaycanlı və türkiyəlilərdən ibarət bir qrup Ermənistanın təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada “Milli fikir”, “Türk ocağı”, “Atatürkçü Düşüncə Dərnəyi”, “Beynəlxalq Demokratlar Birliyi”, “Bəyaz Lalə Dərnəyi”, AYDEF - Almaniya Yozqatlılar Dərnəyi və digər türk dərnəkləri iştirak edib, Ermənistan əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçıları eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini şəhər sakinlərinin diqqətinə çatdırıblar.
Onlar “Bir millət, iki dövlət” şüarı və əllərində hər iki ölkənin bayraqları ilə Münhen küçələrində yürüş keçiriblər.
Qeyd edək ki, daha əvvəl etiraz yürüşü ölkənin Düsseldorf və Köln şəhərlərində də baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top