Azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər - VİDEO

ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirir. 

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etiraz edirlər. 

Soydaşlarımız əllərində Azərbaycan və ABŞ bayraqları, ingilis dilində şüarlar yazılmış və şəhidlərin rəsmi olan plakatlarla səfirliyin binasına doğru yürüş keçiriblər. Onlar "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "General Həşimov!", "Stop Armenian agression!" və s. şüarlar səsləndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top