Prezidentini köməkçisi bu tarixdən yumşalmaya gedəcəklərini AÇIQLADI


“Avqustun 5-dən yumşalmaya gedəcəyik”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bununla belə, insanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir: “Ancaq qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top