AXCP üzvü barədə həbs qərarı dəyişdi - FOTOLAR

Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müfafiə tərəfinin vəsatətinə baxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov “report”a məlumat verib. O bildirib ki, hakim Lalə Rəhimli vəsatətin təmin edilməsi barədə qərar çıxarıb və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxılıb.  
Qeyd edək ki, AXCP üzvü Səid Məmmədzadə mayın 16-da saxlanılıb. 
O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq maddəsi ilə ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

Top