Şahmar Mövsümov: "Çimərliklərin açılmasına hazır deyilik"


“Çimərliklərin bu gün açılmasına hazır deyilik və bunu avqustun 5-nə kimi edə bilməyəcəyik”.

Yeniavaz.com  xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, açılma ilə əldə etdiyimiz nailiyyəti itirə bilərik: “Böyük kütlə bir araya gəldikdə yoluxma riski bir qədər artır. Çimərlikdə 3 risk faktoru var. İlk öncə məsafə saxlamaq mümkün deyil. İkinci risk qrupu isə müştərilər yemək, qida alanda yoluxma riski artır. Üçüncü ən əsas risk faktoru isə ondan ibarətdir ki, hər hansı çimərliyə müxtəlif rayonlardan insanlar gəlir. Bu da süni formada virusun yayılmasını kəskin artırır. Hər hansı rayonda yoluxma olarsa bu Bakının digər ərazilərinə də süni formada paylanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top