İrlandiyalı tədqiqatçılar 10-nun lideri qadın, 35-nin isə kişi olmaqla 45 ölkənin koronavirus nəticələrini müzakirə ediblər.
Yeniavaz.com “NTV”yə istinadən xəbər verir ki, “Trinity College Dublin” tərəfindən aparılan tədqiqatda Almaniya, Finlandiya, Yeni Zelandiya və Danimarka kimi liderləri qadın olan ölkələrin siyasətində iqtisadiyyatdan çox ictimai sağlamlığa əhəmiyyət verildiyi məlum olub. Kişi liderlərin rəhbərlik etdiyi ölkələrə nisbətən bu ölkələrdə 6 dəfə az ölüm olduğu bildirilib.
Araşdırmada liderləri qadın 10 ölkənin siyahısı aşağıdakı kimi sıralanıb: Belçika, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, İslandiya, Yeni Zelandiya Norveç və Tayvan.
Liderləri kişi olan 25 ölkə: Avstraliya, Avstriya, Braziliya, Kanada, Çin, Xorvatiya, Çexiya, Ekvador, Fransa, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Litva, Lüksemburq, Meksika, Hollandiya, Rumıniya, Rusiya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya və ABŞ.
Xatırladaq ki, 200-dən çox ölkə və bölgədə rast gəlinən yeni növ koronavirusa yoluxanların sayı 14 milyon 500 mini keçib. Ölənlərin sayı isə 610 minə çatıb.