
Ermənilər ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qısa müddətdə səfirlik qarşısına yığışan xeyli sayda azərbaycanlı, erməniləri “Yaşasın Azərbaycan!”, “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarıyla sıxışdırararaq onların aksiya keçirməsinə mane olublar.
Xatırladaq ki, 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin müstəqil Azərbaycanın Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq həmyerlilərimiz dünyanın bir sıra ölkələrində etiraz aksiyaları keçiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz