Şəhid gizirin kəndinin yolları asfaltlandı – FOTOLAR


Şəhid gizir Zeynallı İlqarın yaşadığı Tovuzun Cəlilli kəndinin yolları asfaltlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, əvvəllər yararsız, bərbad vəziyyətdə olan kənd yollarına bir gün ərzində yeni asfalt örtüyü vurulub, hamarlaşdırılıb. Bu da kənd camaatının, Cəllilidə avtomobili olanların, o cümlədən şəhid gizirin ailəsini ziyarət edənlərin gediş-gəlişini rahatlaşdırıb.
Məlumata görə, kənd sakinləri yollarınn abadlaşdırılmasına görə AAYDA rəhbərliyinə minnətdarlıq ediblər.

DİGƏR XƏBƏRLƏR

Top