"Tri korona"nın yanındakı tikinti işləri dayandırıldı - RƏSMİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb. 

Yeniavaz.com-un xəbərinə görə, Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.

O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top