Əsəd rejimi parlament seçkilərinə hazırlaşır


Suriyada Əsəd rejimi 9 ildir davam edən vətəndaş müharibəsinin fonunda parlament seçkilərinə hazırlaşır.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, bu 2011-ci ilin mart ayından bu vaxta kimi davam edən daxili müharibələr vaxtı keçirilən sayca 3-cü parlament seçkisidir.
Rejimin nəzarəti altında bölgələrdə 7 min 277 seçki məntəqəsi qurulduğu deyilir. Seçkilərdə 1656 namizəd, 250 nəfərlik yer uğrunda mübarizə aparır.
Seçki məntəqələrində olan işçilərin bəziləri koronavirus səbəbindən əlcək və maskalardan istifadə etdiyi deyilsə də, bəzilərin isə heç bir tədbir almayıb.

DİGƏR XƏBƏRLƏR

Top