Mingəçevirdə məzunlara attestatları təqdim olunub


Mingəçevir şəhər İsmət Qayıbov adına 10 saylı tam orta məktəbin builki məzunlarına yeni attestatlar verilib.

Yeniavaz.com xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, sinif rəhbərləri və şagirdlər iştirak edib.

Məktəbin direktoru Xumarə Mikayılova məzunları tam orta təhsili bitirmələri münasibətilə təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Sonra isə məzunlara  attestatlar təqdim edilib.

Qeyd edək ki, təhsil ocağından bu il 69 şagird məzun olub, onlardan 4 nəfəri attestat ala bilməyib. Şagirdlərdən 4 nəfəri isə fərqlənmə attestatına layiq görülüb. IX siniflərdən isə iki şagird fərqlənmə attestatına layiq görülüb. Xumarə Mikayılova bildirirb ki, fərqlənən şagirdlərin hamısı imtahanda 3 fəndən 75 dən yuxarı bal toplayıb.

Məktəbin məzunu orta məktəbi fərqlənmə attestaı ilə bitirən Ruslan Əliyev öz sevincini bizimlə bölüşüb. Bildirib ki, bu il imtahanlarda yüksək nəticə əldə etməsini müəllimlərinə borcludur.

Qeyd edək ki, Ruslan riyaziyyat fənindən maksimal - 100 bal toplayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top