COVID-19 Çindəki bir laboratoriyadanmı yayılıb? – Çinli həkimin ETİRAFI


Koronavirus Çindəki bir laboratoriyadanmı yayılıb? Pekin rəhbərliyi virusla bağlı məlumatları gizlədibmi?

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, Amerikaya qaçmış honkonqlu elm adamı, virusoloq Li-Menq Yan Çinin kritik məlumatları gizlədiyini iddia edib. Hətta o, "Çinin mənim kimilərinə nə etdiyini bilirəm” - deyərək Amerikaya qaçmaq məcburiyyətində qaldığını söyləyib.

Dr. Yan, koronavirus epidemiyasının ortaya çıxdığı günlərdə Honkonq Xalq Səhiyyə Məktəbində virusoloq kimi işləyib. Epidemioloji xəstəlikləri araşdırma qrupunda yer alan həkim, Uhana yollanan ilk qrupun üzvləri arasında olub. O, virusun insandan insana keçdiyini deyənlərin ilki olsa da, bu məlumatı gizləmək məcburiyyətində qalıb. Həkimin sözlərinə görə, Çin Kommunist Partiyası səlahiyyətliləri və öz rəhbərləri bu məlumatın gizlədilməsini tələb edib.
Virusoloq, Çin hökumətinin onun Honkonq Universitetindəki işinə mane olduğunu deyib. Kənardan gələn mütəxəssislərin də araşdırma aparmasına izin verilmədiyini açıqlayıb. Honkonqlu həkimin açıqlamaları Amerikada böyük əks-səda doğurub.

 

DİGƏR XƏBƏRLƏR

Top