Həyat yoldaşı Bəhram Bağırzadənin "İnstagram"da yazdığı statusdan DANIŞDI


Əməkdar artist Bəhram Bağırzadə hazırda reanimasiyadadır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
Ş.Bağırzadə deyib ki, əvvəlki vəziyyətilə müqayisədə Bəhram Bağırzadənin səhhətində xeyli irəliləyiş var:
“Amma hələ də müalicəsi davam etdirilir. Reanimasiyadadır, koronavirus səbəbindən yanına heç kim buraxılmır”.
“İnstagram” hesabından yazdığı statusa gəlincə, həyat yoldaşı telefonun qısa müddətlik Bəhram Bağırzadədə olduğunu bildirib.
Qeyd edək ki, bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə “İnstagram” hesabından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top