Nigeriyanın xarici işlər naziri koronavirusa yoluxub


Qərbi Afrika ölkəsi Nigeriyada Xarici işlər naziri Ceffri Onyamada yeni tip koronavirus aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə əsasən xəbər ki, Onyama, COVID-19 testinin pozitif çıxmasını, özünün də karantində olmasını “Twitter” hesabında açıqlayıb.
Onyama, həmçinin açıqlamasında bildirib ki, onun boğazındakı narahatçılıq, 4-cü dəfə COVID-19 testindən keçməsinə səbəb olub. Nazirin sonuncu dəfə keçdiyi testin nəticəsi pozitiv çıxıb.
Nigeriya Xarici işlər naziri “Twitter” hesabında bu sözləri qeyd edib: “Bu həyatdır. Bəzən qalib gəlirsən, bəzən uduzursan”.
Qeyd edək ki, Nigeriyada indiyə kimi 36 min 107 nəfərdə yeni növ koronavirusa yoluxma halı aşkarlanıb. 778 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top