Kanadada Azərbaycan Ordusuna dəstək aksiyası - FOTO


Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları  bu ölkənin Ontario əyalətinin paytaxtı Toronto şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər. Yeniavaz.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin  Tovuz rayonu istiqamətində  törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.

Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə  ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.

Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada höküməti dəfələrlə  Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.

Aksiyaya Kanadada yaşayan İsrail və  Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar..

DİGƏR XƏBƏRLƏR

Top