Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi

Koronavirusdan müalicə alan xalq artisti Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib. 

Yeniavaz.com xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında fikirlərini bölüşüb:

“Biz Allahdan sonra ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o bizə həyat verir, daha sonra isə bu həyata məna qatır”. Mən bu sözün kimə məxsus olduğunu xatırlamıram, ancaq mən bu gün bu mətni Allahın bir çox üstünlükləri - gözəllik, parlaq intellekt, gözəl qəlb, müdriklik və sonsuz mərhəmət bəxş etdiyi qadına dərin təşəkkürümü bildirməklə davam etdirərdim.

Allah-Təalanın mərhəməti ilə möhtəşəm qadınlar həmişə məni əhatə ediblər. Amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmətini hədiyyə etdi. Bütün bu günlər, ölüm astanasında olarkən mən birinci vitse-prezidentinin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzadan çox böyük xeyirxah ürəyi olan bacımın səmimi qayğısını hiss edirdim.

Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün onların adından sizə təşəkkür edirəm.. Allah bütün xeyirxah işlərinizin əvəzini versin! Bəhram Bağırzadə”.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

DİGƏR XƏBƏRLƏR

Top