Rusiyadan daha 196 azərbaycanlı vətənə yola salındı


Bu gün daha 196 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.
Moskvanın "Domodedovo" hava limanında soydaşlarımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 
Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib. 
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub.(report)

DİGƏR XƏBƏRLƏR

Top