Millət vəkilləri cəbhə bölgəsinə gedib - FOTOLAR


"İnsanlar hər an düşməndən qisas almağa hazırdırlar"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev feyzbuk sosial şəbəkəsində yazıb.
Millət vəkili bir neçə deputat həmkarı ilə birlikdə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın hüzr mərasimdə iştirak etdiklərini qeyd edib: "Deputat həmkarlarım Məşhur Məmmədov, Vüqar İskəndərov, Elnur Allahverdiyev, Soltan Məmmədov, Vüqar Bayramov, Şahin Seyidzadə, Rüfət Quliyev, Razi Nurullayev, Ceyhun Məmmədovla birgə Tovuzdayıq. Ağdam kəndində şəhidimiz Elşad Məmmədov və İlqar Zeynallının, Ağstafanın Kolxəlfəli kəndindən şəhidimiz Nazim İsmayılovun, Göycəli kəndindən şəhidimiz Vüqar Sadıqovun hüzr mərasimlərində iştirak etdik. Hərbi hospitallarda yaralı əsgərlərimizə baş çəkəcəyik. Səfərimiz çərçivəsində bizimlə birgə olan Qənirə Paşayevaya təşəkkürümü bildirirəm. İnsanlarımızda olan yüksək əhval-ruhiyyə bizdə tezliklə torpaqlarımızın işğaldan azad olunması ümidini artırdı. İnsanlar hər an düşməndən qisas almağa hazırdırlar".

DİGƏR XƏBƏRLƏR

Top