
Gürcüstanda koronavirusa 10 yeni yoluxma faktı qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli hökumətin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 028-ə çatıb. Onların 899-u sağalıb, 15-i isə vəfat edib.