Simonyan Paşinyanı tənqid etdi: "Siz necə ermənisiniz?"


Tanınmış erməni əsilli jurnalist və "Russia Today" telekanalının direktoru Marqarita Simonyan Ermənistan hakimiyyətinə qarşı kəskin tənqidlərlə gündəmə gəlib.

M. Simonyan qəzəbli postunu "Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

"Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər-bildirirəm. Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz?

Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir.


Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı həbs etdiniz. Məqsədli, nümayişkarəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir.

Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir.

Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir.

Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir.

İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi?

Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?

Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək",-deyə Marqarita Simonyan yazıb.

virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top