Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı - STATİSTİKA


İyulun 18-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 619 min 786-ya çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən xəstələrdən 333 nəfəri reanimasiyadadır ki, onlardan da 63-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 18-də Azərbaycanda koronavirus infeksiyasına daha 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top