Sabah AzTV-də premyera olacaq - Qarabağ müharibəsi ilə bağlı yeni bədii film - VİDEO


AzTV-nin Sabah Yaradıcılıq Studiyası yeni bədii film çəkib.

“Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. 1 saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz adlı kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayevdir.

Quruluşçu operator Fahir Səmədoğlu, bəstəkar Vüsal Ömərov, rəssam Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.

Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.

 

 

DİGƏR XƏBƏRLƏR

Top