MİQ-in keçiriləcəyi rayon və şəhərlər müəyyənləşdi - RƏSMİ


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi rayon və şəhərlər müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, imtahanlar avqust ayı ərzində Bakı, Sumqayıt, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Gəncə, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Quba, Tovuz, Şamaxı və Şirvanda baş tutacaq.

Xatırladaq ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top