
Hindistanın məşhur aktrisası Ayşvariya Ray koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşındakı Rayın həyat yoldaşı Abişek Baçxan keçən həftə COVID-19 testindən keçdikdən sonra koronavirusa yoluxduğu bəlli olmuşdu. Onun koronavirusa yoluxduğu aşkararlandıqdan sonra ailə üzvləri də testdən keçmiş, aktrisa və 8 yaşlı qızı Aaradyanın da virusa yoluxduğu açıqlanmışdı.
Qeyd edək ki, evdə karantinə alınan "Bollywood" ulduzu və qızı nəfəs darlığı çəkməyə başlayan kimi Mumbay xəstəxanasına yerləşdirilib. Onların son vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz