Polisin icazəsini yoxladığı qadına "Facebook"da yazması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB


Daxili işlər nazirliyi məsələ ilə bağlı məlumat yayıb.
Yeniavaz.com həmin məlumatı təqdim edir:
"Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının soisal şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılmışdı. 
Bununla əlaqədar bildiririk ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və  faktın araşdırılması üçün müvafiq göstərişlər verilib. Əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək".

***
Sevda Mahmudova adlı şəxs sərt karantin rejiminə görə onun məlumatlarını yoxlayan polis əməkdaşının daha sonra ona sosial media vasitəsilə mesaj yazdığını iddia edir.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “facebook” vasitəsilə məlumat yayıb və ona yazılan mesajın fotosunu paylaşıb. S. Mahmuda bildirir ki, sözügedən polis əməkdaşı onun məlumatlarını “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən yoxlayıb:
“Bu gün Koroğlu metrosundakı keçiddən çıxanda polis  Zahir Abbasov adlı bu şəxs mənim şəxsiyyət vəsiqəmə baxaraq, ad soyadımı yadda saxlayıb, məni “facebook”da axtarış edib və mesaj yazıb. 2-3 metr aralıda yenə bir polis məni yoxladı. Halbuki, həmin şəxs gördü ki, artıq mən yoxlamadan keçmişəm və bu ancaq cavan qadınların başına gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, bu nə biabırçılıqdır? Deməli bu şəxlər vəzifələrindən sui-istifadə edirlər? Bu məsələ araşdırılsın. Mən vətəndaş olaraq işçiləriniz tərəfindən sosial şəbəkədə bu cür narahat edilmək istəmirəm!”.

 

DİGƏR XƏBƏRLƏR

Top