Mingəçevirdə cəbhəyə könüllü getmək üçün 100-dən çox gənc qeydiyyatdan keçib - VİDEO

Prezident İlham Əliyevin çağırışından sonra 100-lərlə mingəçevirli gənc  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə  gələrək könüllü olaraq orduda xidmət etmək üçün müvafiq qaydada qeydiyyata alınıblar.

Yeniavaz.com xəbər verir ki, onların içərisində ən gəncinin 20 yaşı, ən yaşlısının isə 58 yaşı var. Bu siyahıda qadınlar, qazilər, aprel döyüşçüləri də yer alıb. Bu gün qeydiyyatdan keçənlərdən bir neçəsi ilə görüşdük, onlarda çox böyük ruh yüksəkliyi gördük. Onların hər biri vətənin dar günündə son damla qanına qədər vuruşmağa hazır olduqlarını bildirdilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsindən Yeniavaz.com-a bildirdilər ki, artıq 100-dən çox könüllü qeydiyyatdan keçib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top