Ərdoğan: "Azərbaycanın yanındayıq"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlər qarşısında çıxışı zamanı Azərbaycanla bağlı məsələyə də toxunub.

Yeniavaz.com xəbər verir ki, Türkiyə prezidenti öz çıxışında 10 illərdir davam edən Qarabağ məsələsinin həll yolunu tapmadağını və məsələnin bu nöqtəyə dayanacağının bəlli olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan həmçinin ermənilərin Azərbaycana qarşı davamlı hücumlarının yol verilməz olduğunu vurğulayaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və lazım olan bütün dəstəyin veriləcəyini ifadə edib. 
Rəcəb Tayyib Ərdoğan çıxışında deyib:
“Mən cənab İlham Əliyevlə danışıqlar aparıram. Mən danışıqları aparmaqla yanaşı, sonuncu dəfə dünən oradan Türkiyəyə bir heyət gəlib. Başda Müdafiə Nazirliyli və güc komandanları olmaqla bir sıra rəsmilərimizlə görüşlər keçirilib. Mən də onlarla telefonla danışmışam. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi, bu gün də yanındayıq və yanında olacağıq".

DİGƏR XƏBƏRLƏR

Top